Mingəçevirdə qadın əri tərəfindən bıçaqlandı
Hadisə
Mingəçevirdə bıçaqlanan 2003-cü il təvəllüdlü T.Kərimovanın son durumu açıqlanıb.
News24.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, saat 17:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2003-cü il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub. Pasiyentə döş qəfəsinin sol yarısında çoxsaylı kəsilmiş yaralar və pnevmotoraks diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ona xəsarət yetirməkdə əri, 2000-ci il təvəllüdlü E.Kərimov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
**
Mingəçevirdə ailədaxili münaqişə qanlı hadisə ilə nəticələnib.
News24.az xəbər verir ki, hadisə şəhərin Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən yaşayış binalarından birində baş verib.
Belə ki, şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib. Xəsarət alan qadın təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılaraq hospitalizasiya olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır. (Unikal)