Mingəçevirdə qəza: yaralı var

Mingəçevirdə qəza: yaralı var Hadisə

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Heydər Əliyev prospektinin şəhər avtovağzalı yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan “Mercedes”in sürücüsü, 1981-ci il təvəllüdlü Elgiz Kazımov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Unikal)