Mingəçevirdə ağaç aşaraq yolu bağladı

Mingəçevirdə ağaç aşaraq yolu bağladı Hadisə


Mingəçevirdə iri gövdəli ağac aşaraq nəqliyyat yolunu tamamilə bağlayıb.

News24.az-ın Teleqraf-a istinadən məlumatına görə hadisə Rəsul Rza küçəsinin M.Ə.Sabir küçəsilə kəsişdiyi hissədə baş verib.

Qəfildən iri ağacın aşaraq yolu bağlaması ərazidə nəqliyyatın hərəkətini iflic edib.

Əraziyə cəlb olunan Yaşıllaşdırma və Təmizlik İdarəsinin əməkdaşları aşan ağacı və fəsadları aradan qaldıraraq küçədə nəqliyyatın hərəkətini bərpa edib.