Mingəçevirdə küçədə kişi meyiti aşkarlandı

Mingəçevirdə küçədə kişi meyiti aşkarlandı Hadisə
Mingəçevir şəhərində küçədə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

Hadisə şəhərin Koroğlu küçəsi, 42 ünvanında qeydə alınıb. Meyitin şəhər sakini, 1980-ci il təvəllüdlü Həsənov Zaur Ağəli oğluna aid olduğu məlum olub. Onun döyülərək qətlə yetirildiyi ehtimal edilir. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. /Report/