Türkiyədə məktəbə silahlı hücum planı: ŞOK detallar ortaya çıxdı

Türkiyədə məktəbə silahlı hücum planı: ŞOK detallar ortaya çıxdı Hadisə

Türkiyənin Zonguldak şəhərində sinif yoldaşlarının olduğu “WhatsApp” qrupunda məktəbə hücum edəcəyi ilə bağlı mesajlar yazan 17 yaşlı lisey şagirdi B.T.A. polis tərəfindən evində keçirilən əməliyyat zamanı saxlanılıb.

News24.az xəbər verir ki, hadisə axşam saatlarında şəhər mərkəzində baş verib.

Məlumata görə, Fener Anadolu Liseyinin adı tam açıqlanmayan 17 yaşlı şagirdi “WhatsApp” qrupunda digər şəhərlərdə baş verən oxşar hadisələrə istinad edərək məktəbə hücum edəcəyini bildirən mesajlar yazıb və hədələyici şəkillər paylaşıb. Bu paylaşımlar şagirdlər və valideynlər arasında ciddi narahatlıq yaradıb.

Polis əməkdaşları onun yaşadığı ünvanda əməliyyat keçirib. Axtarış zamanı şagirdin otağında 6 ədəd səs tapançasına aid güllə aşkar edilib. B.T.A. Uşaq şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları ilə aparılan ilkin söhbət zamanı məlum olub ki, B.T.A. əvvəllər təhsil aldığı məktəbdən sinifdə pirotexniki vasitə partlatdığı üçün intizam komissiyasının qərarı ilə həmin xaric edilib. Daha sonra isə onun qeydiyyatı Fener Anadolu Liseyinə keçirilib.

Bundan əlavə, o, bu cür mesajları dostlarına zarafat məqsədilə yazdığını, səs tapançası güllələrini isə kənddən xatirə kimi gətirdiyini bildirib.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.