Mingəçevirdə avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var

Mingəçevirdə avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var Hadisə

Mingəçevirdə minik avtomobili kuryer motosikletçi ilə toqquşub.

News24.az-ın məlumatına görə, hadisə gecə saatlarında Heydər Əliyev prospekti ilə M.Maqomayev küçəsinin kəsişməsində baş verib. "KİA" markalı avtomobil kuryerə məxsus motosikletlə toqquşub. Müxtəlif bədən xəsarətləri alan 2004-cü il  təvəllüdlü motosikletçi -kuryer Həsənli Rəvan Daşqın oğlu ətrafdakıların köməyi ilə  təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.(Unikal)