Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vurdu

Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vurdu Hadisə

Şəmkirda qadın bədbəxt hadisə nəticəsində ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində vəfat edib. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb. (Teleqraf)