Şəmkirdə ağır qəza: 5 nəfər öldü
Hadisə
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Sarıtəpə kənd sakinləri olduğu bildirilir. (Qafqazinfo)