Şəmkirdə dəhşətli qətlin TƏFƏRRÜATLARI - YENİLƏNDİ
Hadisə
Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub.
News24.az xəbər verir ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il F.Paşazadənin bacısını sevirmiş.
Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub.
R.Quliyev hadisə yerində həyatını itirib.
11:45
Şəmkirdə qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Kür qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyev yaranan mübahisə zəminində kəsici-deşici alətlə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şübhəli bilinən 16 yaşlı F. P saxlanılaraq istintaqa verilib.(qafqazinfo)