Şəmkirdə ev yandı

Şəmkirdə ev yandı Hadisə

Şəmkir rayonunda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzillərdən birində baş verib. Belə ki, 4 otaqlı mənzilin eyvanında anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, mənzilin digər hissələri yanğından mühafizə edilib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Unikal)