Şəmkirdə evdən meyit tapıldı
Hadisə
Şəmkirdə evdən meyit tapılıb.
News24.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin M. Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, sözügedən küçədə yaşayın 18 yaşlı Ş. Quliyevin meyiti yaşadığı evdə aşkarlanıb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (APA)