Şəmkirdə evdən meyit tapıldı

Şəmkirdə evdən meyit tapıldı Hadisə

Şəmkir rayonunda evdən meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Rahim Məcidovun yaşadığı evdə meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Şəmkir rayon Prokuroluğunda araşdırma başlanılıb. (Qafqazinfo)