Şəmkirdə kişi dəm qazından boğuldu

Şəmkirdə kişi dəm qazından boğuldu Hadisə

Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.