Şəmkirdə qətl: mübahisə zamanı həmkəndlisini öldürdü
Hadisə
Şəmkirdə qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, Kür qəsəbə sakini 1978-ci il təvəllüdlü Elşən Məmmədov aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1971-ci il təvəllüdlü Qurban Məmmədov tərəfindən bıçaqlanıb və o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlkin məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (APA)