Şəmkirdə qəza oldu, ölən var – Yeniləndi
Hadisə
Şəmkir rayon ərazisində baş verən avtomobil qəzasında xəsarət alanların son vəziyyəti məlum olub.
News24.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, 24.02.2026-cı il tarixində saat 17:10 radələrində Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-i kişi, 3-ü qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb.
Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. (Report)
**
Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
News24.az xəbər verir ki, rayonun Qasımalılar kəndində "VAZ-2106" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.
Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)
**
Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var.
News24.az xəbər verir ki, hadisə Şəmkir rayon Qasımalılar kəndində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər xəsarət alıb.
Əraziyə Təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları hələ məlum deyil. Xəsarət alanların içərisində vəziyyəti ağır olanlar var. (Report)