Şəmkirdə qəza - Xəsarət alan var
Hadisə
Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, qəza zamanı Şəmkir rayon sakinləri 1950-ci il təvəllüdlü Çimnaz Zeynalova və 1980-ci il təvəllüdlü Zabil Zeynalov müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar Gəncədə xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətlari orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.(teleqraf)