Şəmkirdə traktorla "VAZ" toqquşdu - Xəsarət alanlar var
Hadisə
Şəmkirdə minik maşını ilə traktor toqquşub.
News24.az xəbər verir ki, hadisə Şəmkir-Samux yolunun Şəmkir rayonu ərazisində keçən hisəsində baş verib.
Belə ki, hərəkətdə olan traktor ilə "VAZ-21099" markalı minik avtomobili toqquşub. Qəza zamanı Samux rayon sakinləri 1963-cü il təvəllüdlü İ.Seyidzair, 1971-ci il təvəllüdü E.Zeyidzair, 1969-cu il təvəllüdlü M.Seyidzair və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt üzrə araşdırma aparılır. // Unikal