Motosiklet avtomobillə toqquşdu - 19 yaşlı oğlan öldü

Motosiklet avtomobillə toqquşdu - 19 yaşlı oğlan öldü Hadisə

Əhməd Rəcəbli ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Tural Şəfizadə idarə etdiyi “Renault Megane” markalı avtomobil ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan 2007-ci il təvəllüdlü Ramal Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosiklet ilə toqquşub.

Qəza nəticəsində Ramal Səfərli ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Bakupost)