Müəllim 12 yaşlı şagirdindən uşaq dünyaya gətirdi - Bu ölkədə

Müəllim 12 yaşlı şagirdindən uşaq dünyaya gətirdi - Bu ölkədə Hadisə

Avstraliyada müəllim uşağın cinsi istismarında ittiham olunub.

News24.az xəbər verir ki, hadisə Qərbi Avstraliya ştatının Mandura şəhərində baş verib.

33 yaşlı Naomi Tekea Kreyq 2024-cü ildə 12 yaşlı şagirdi ilə münasibətə girib və ondan uşaq dünyaya gətirib.

DNT testi yeniyetmənin körpənin atası olduğunu təsdiqləyib.

Naomi Tekea Kreyqə qarşı yeddi maddə üzrə ittiham irəli sürülüb. /ABC News