Naftalanda üç məktəblini maşın vurdu

Naftalanda üç məktəblini maşın vurdu Hadisə

Naftalanda 3 məktəblini avtomobil vurub.

News24.az xəbər verir ki, hadisə Naftalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən məktəbliləri - 2014-cü il təvəllüdlü R.Paşazadə, 2017-ci il təvəllüdlü C.Sadıqzadə və 2015-ci il təvəllüdlü K.Abbaslını maşın vurub.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.