Naxçıvanda ağır qəza - 4 YARALI

Naxçıvanda ağır qəza - 4 YARALI Hadisə

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1983-cü il təvəllüdlü Nazim Salmanov, 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1963-cü il təvəllüdlü Hikmət Muradov və 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.(report)