Naxçıvanda ağır qəza: yaralılar var
Hadisə
Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir ailənin dörd üzvü - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü B.Q və 2023-cü il təvəllüdlü A.Q xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.