Naxçıvanda maşın qoyun sürüsünə çırpıldı: 20-si öldü

Naxçıvanda maşın qoyun sürüsünə çırpıldı: 20-si öldü Hadisə

Bu gün axşam saatlarında Naxçıvan-Şahbuz magistral yolunda avtomobil qoyun sürüsünə çırpılıb. 

News24.az "Lent.az"a istinadla xəbər verir ki, hadisə magistral yolun Vayxır kəndi ərazisindən keçən hissəsində baş verib.

Ə.Əliyevin idarə etdiyi "NAZ-Lifan" markalı avtomobil  hərəkətdə olarakən sürüyə çırpılıb. Nəticədə 20-dən artıq qoyun tələf olub, avtomobillə ciddi ziyan dəyib. 

İlkin məlumata görə, sürücü yola sürünün çıxması nəticəsində idarə etməni itirib və nəticədə sürüyə çırpılıb.