Naxçıvanda yol qəzası

Naxçıvanda yol qəzası Hadisə

Naxçıvan şəhərinin 21-ci məhəlləsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə zamanı "Mercedes" və "Ssang Yong" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı və 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.//report