Neftçalada 38 yaşlı qadın dəm qazından boğuldu
Hadisə
Neftçala rayonunda qadın dəm qazından boğularaq ölüb.
News24.az xəbər verir ki, hadisə Qoltuq qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı hamamda olarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır. (AzPolitika)