Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO
Hadisə
Neftçalada aldığı güllə yarasından öldüyü ehtimal edilən insana aid kəllə sümüyü tapılıb.
News24.az xəbər verir ki, Bakupost.az-ın məlumatına görə, skelet Kürün Xəzərə töküldüyü ərazidə - Mayak kəndində aşkarlanıb. Onun üzərində güllə izinin olması diqqətdən yayınmayıb.
Kəllə sümüyü aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.