Neftçaladakı yanğın söndürülüb - -VİDEO
Hadisə
Xəbər verdiyimiz kimi, Neftçala şəhərində dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
News24.az xəbər verir ki, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.