Nənə və nəvə dəm qazından zəhərlənərək öldülər - təfərrüat

Nənə və nəvə dəm qazından zəhərlənərək öldülər - təfərrüat Hadisə

Bərdədə nənə və nəvəsi dəm qazından zəhərlənərək vəfat edib.

News24.az xəbər verir ki, hadisə Bərdə rayonunun Tumaslı kəndində baş verib. Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı və nəvəsi Nəcəfov Sadiq Orxan oğlu dəm qazından zəhərlənərək ölüb.

Hadisə zamanı nənə və nəvəsi hamamda olublar. Aytən Fətəliyeva ögey nəvəsi Sadiqi çimizdirirmiş. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə Morquna aparılıb, tibbi müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, Aytən Fətəliyeva ev sahibinin ikinci həyat yoldaşı olub və ailə təxminən üç ay əvvəl qurulub. Nəcəfov Sadiqin 26 yaşlı atası Orxan Nəcəfov hazırda Azərbaycan Respublikasının N saylı hərbi hissəsində xidmət edir.

Faktla bağlı araşdırma davam etdirilir.

Yaşar Araz