Nəriman Həsənzadənin son durumu
Hadisə
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.
News24.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, şairin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir.
"Xronik böyrək çatmamızlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru növbəti dəfə icra oluna bilər. Vəziyyəti ağır stabil olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.