Nərimanovda faciəvi şəkildə ölən 19 yaşlı Ramalın - Fotoları
Hadisə
Ötən gecə Bakı şəhər Nərimanov rayonunda baş vermiş ağır yol qəzasında həlak olan 19 yaşlı Ramal Səfərlinin görüntüləri yayılıb.
News24.az xəbər verir ki, hadisə saat 21:00 radələrində Əhməd Rəcəbli və F.X.Xoyski küçələrinin kəsişməsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadənin sürdüyü “Renault Megane” markalı avtomobillə 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosikletin toqquşması nəticəsində sonuncu vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb. Görüntülərdən motosikletin işıqlarının yanmadığı və sürətlə hərəkət etdiyi məlum olur.
Mərhumun fotolarını təqdim edirik. (Qafqazinfo)