Nərimanovda restoranın qarşısında kütləvi dava - Video

Nərimanovda restoranın qarşısında kütləvi dava - Video Hadisə

Paytaxtın Nərimanov rayonunda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.

News24.az xəbər verir ki, hadisə “Tempo Baku” restoranının qarşısında baş verib.

Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə olub və daha sonra davaya çevrilib. Tərəflər bir-birilərinə xəsarətlər yetiriblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində sərxoş halda ictimai asayişi pozan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən olunub. Hazırda faktla bağlı zəruri prosessual araşdırmalar davam etdirilir.(milli.az)