Nəsiman Yaqublu dəfn olundu - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Nəsiman Yaqublu dəfn olundu - EKSKLÜZİV GÖRÜNTÜLƏR Hadisə

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.

News24.az Redaktor.az-a istinadla xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.

Qeyd edək ki, Nəsiman Yaqublu avqustun 25-də Cəbrayıl rayonu ərazisində yol qəzasında həlak olub.

Nəsiman Yaqublu uzun illər Azərbaycan Xalq Cümhuriyyəti tarixi və qurucuları barədə tədqiqatlarla məşğul olub.

Allah rəhmət eləsin!