Nəsimidə avtomobillər toqquşdu - yaralanan var

Nəsimidə avtomobillər toqquşdu - yaralanan var Hadisə

Bakının Nəsimi rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

News24.az report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Zeynalov Rüstəm Bahadur oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.