Nigar Köçərli məşhur klinikanı məhkəməyə verdi

Nigar Köçərli məşhur klinikanı məhkəməyə verdi Hadisə

“Əli və Nino” kitab mağazalarının təsisçisi, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun həyat yoldaşı Nigar Köçərli "Liv Bona Dea Hospital"a qarşı məhkəmə iddiası qaldırıb.

News24.az xəbər verir ki, Nigar Köçərli bu barədə məlumatı öz “Facebook” hesabında paylaşaraq bildirib:

“"Liv Bona Dea Hospital"a qarşı məhkəmə çəkişməsinə hazırlığa başlamışam. Vəkilim hörmətli Zibeydə Zəkəriyyəyevadır. Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var, amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm. İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən fırıldaqçı yanaşmaya qarşıyıq".

Nigar Köçərli məşhur klinikanı məhkəməyə verdi