Nigeriyada daşqınlar davam edir... - ölənlər var

Nigeriyada daşqınlar davam edir... - ölənlər var Hadisə

Nigeriyanın müdafiə naziri Mohammed Badaru Abubakar bölgədə günlərdir davam edən yağışların səbəb olduğu daşqınlarla bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, Abubakar daşqınlar nəticəsində həyatını itirənlərin sayının 33-ə çatdığını qeyd edib.

Daşqının əyalətin 14 yerli özünüidarəetmə bölgəsində 50 min adama təsir etdiyini bildirən Əbubəkar, 11 min 500-dən çox evin su altında qaldığını deyib.

Nigeriyanın tropik iqlim zonasında olan Bauçi əyalətində isə daşqınlar nəticəsində 28 nəfər həyatını itirib.

Qeyd edək ki, nazirlik ölkənin bəzi bölgələri üçün güclü yağış və daşqın xəbərdarlığı edib.

Məryəm İlhamqızı