Nişan üzüyü hasara ilişdi, barmağı qopdu
Hadisə
Nişan üzüyü hasara ilişən qadının barmağı qopub.
News24.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib. Məlumata görə, qadın bağ evində işləyərkən ehtiyatsızlıq edib və barmağındakı üzük hasara ilişib. Bunun fərqibə vamadan əlini geri çəkərkən onun barmağı qopub.
Xəstəxanaya çatdırılan qadın üzərində aparılan əməliyyat uğurla başa çatıb və həkimlər barmağı bərpa edə biliblər. Hazırda onun müalicəsi davam edir.