"Nissan"la "Hyundai" toqquşub - 2 nəfər öldü
Hadisə
Rusiya Regional Dövlət Yol Müfəttişliyinin məlumatına görə, Altay diyarında iki avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında “Barnaul – Rubtsovsk – Qazaxıstan Respublikası ilə sərhəd” A-322 avtomobil yolunun 48-ci kilometrliyində baş verib. Nissan Qashqai” və “Hyundai Solaris”in toqquşması nəticəsində "Nissan"ın sürücüsü və sərnişini həlak olub.
İlkin məlumatlara görə, “Nissan”ın sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Ağa Dadaşzadə