Nəsimidəki faciənin detalları: hadisə şahidi danışdı – VİDEO

Nəsimidəki faciənin detalları: hadisə şahidi danışdı – VİDEO Hadisə

Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib. 20 Yanvar küçəsində yerləşən yaşayış binasında partlayış qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, güclü səs eşidildikdən sonra əraziyə çıxan sakinlər dəhşətli mənzərə ilə qarşılaşıblar. Onların bildirdiyinə görə, partlayışdan sonra bir şəxsin binadan yerə düşdüyü görülüb.

Məlumata əsasən, hadisə binadakı mənzillərdən birinin eyvanında baş verib. Belə ki, kondisionerə qaz vurulması zamanı 34 yaşlı usta Ömər Məhərrəmli partlayış nəticəsində 15-ci mərtəbədən yerə yıxılıb və hadisə yerində həyatını itirib.

Hadisə zamanı eyvanda olan digər şəxslər də xəsarət alıb.