İntihar edən 4 uşaq anasıyla bağlı - CİNAYƏT İŞİ BAŞLANDI
Hadisə
Ağcabədi rayonunda qadının intihar hadisəsi ilə bağlı ibtidai istintaq aparılır.
News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyevanın martın 10-u saat 16:00 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, orada maddi sübutlar götürülüb.
Qeyd edək ki, G.Quliyeva 4 uşaq anasıdır.