Nuranə Şıxəliyeva vəfat etdi – FACİƏ

Nuranə Şıxəliyeva vəfat etdi – FACİƏ Hadisə


Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.

News24.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 32 yaşlı Nuranə Şıxəliyeva qonaq gəldiyi evin hamamında dəm qazından zəhərlənib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.