Ödəmə terminalından 5 min manat oğurladı - Foto

Ödəmə terminalından 5 min manat oğurladı - Foto Hadisə

Bakı şəhəri, Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Ödəmə terminalından 5 min manat oğurladı - Foto