Ödənişli yolda ağır qəza - Ölənlər var

Ödənişli yolda ağır qəza - Ölənlər var Hadisə

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, fevralın 1-i gecə saatlarında “Chevrolet” markalı avtomobil yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan iki sərnişin dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(unikal)