Ofeliya Şabanova: "Ərləri yoxdur deyə, partlayırlar..."

Ofeliya Şabanova: "Ərləri yoxdur deyə, partlayırlar..." Hadisə

Ərini evinin  Allahı adlandıran müğənni Ofeliya Şabanova növbəti açıqlamaları ilə diqqət çəkib. 

Həyat yoldaşı ilə bağlı verdiyi açıqlamalardan dolayı  qalmaqallar yaşayan müğənni Referans.az-a danışıb. 

İfaçı dediyi sözlərin sona qədər arxasında olduğunu bəyan edib: 

"Hamı deyir ki, Ofeliya bu nə məsələdir? Ürəyimdən gələni deyirəm. Efirdə hansısa abırsızla bir yerdə qonaq olursan, özünü cilovlaya bilmirsən. Nə demişəmsə, yaxşı edib demişəm. Həmişə də sözün düzünü deyəcəm. Abırlı qadınlar həmişə abırlını sevər, abırsız qadın heç vaxt abırlıya gözəl söz yazmaz. Ofeliya ilə reytinq tutmaq istəyən tərbiyəsiz ifaçılar var. Mənim "şot"uma məşhurlaşdılar". 

Müğənni həyat yoldaşını boşatdırıb, sonra ona ərə getdiyini deyənlərin cavabını belə verib:

"Mən elə qadına oxşayıram? 16 yaşında bir qız ailə dağıda bilərmi? Qələt edir belə yazanlar, başlarını daşa döyürlər! Azərbaycanda bir nəfər kişi çıxıb desin ki, Ofeliyanın əlinə əli dəyib. Özləri ilə məni qarışdırmasınlar. Belələrinin həyat yoldaşları yoxdur deyə, partlayırlar. Camaatın kişisinin oğrulayıb, sponsor kimi göstərənlərdir belə yazanlar. Hansı müğənni şəxsi həyatından danışmağa icazə verir? Çünki bəzi müğıənnilərin gözləri kölgəlidir. Necə gəliblər səhnəyə, kimlərlə gəliblər yaxşı bilirlər. Onlar tərbiyəsiz şəkildə efirə gəliblər. Cığatel İsaqızı mənə hələ efirlərə gəlməmişdən əvvəl dedi ki, sən bir gün məşhur olacaqsan, üstünə şər atanlar olacaq. Mən Cığatel xanımı görəndə əllərindən öpəcəm. Mənə stress olmaz, yeni əməliyyat olunmuşam".

Ofeliya Şabanova deyir ki, həyat yoldaşı evə gəlməyənədək, masaya çörək qoymur: "Övladlarım acdığını deyəndə, deyirəm bir də atamız gələnədək "acmışıq" sözünü deməyin mənə.  Atamız evə gəlsin sonra. Yoldaşıma ata deyirəm. Mən bu cürəm. Eybi yox, qoyun mənə desinlər ki, keçmişdən qalmış desinlər". 

İfaçı ərinə qarşı hörmətsizlik etmək istəyənlərə xəbərdarlıq da edib: "Kİm mənimlə düşmən olmaq istəyirsə, yoldaşıma söz atsın, əbədi düşmənim olacaq. Doğmam belə olsa, bağışlamıram. Yoldaşıma qarşı qohumlarımın biri hörmətsizlik etmişdi deyə, o insanı "silmişəm". Özümdə bəyənmədiyim xasiyyətim budur ki, heç vaxt bağışlamağı bacarmıram. Allah məni bağışlasın, mən bağışlamağı bacarmıram".