Ofisdən 9 min dollarlıq oğurluq
Hadisə
Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.
Bu barədə News24.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.