Oğurluqda şübhəli bilinən qadın soyuducudan çıxdı

Oğurluqda şübhəli bilinən qadın soyuducudan çıxdı Hadisə

Çorum Təhlükəsizlik Müdirliyi Oğurluq Büro Komandirliyi qrupları oğurluq şübhəliləri haqqında araşdırma başladıb. 

News24.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 3 il 4 ay həbs cəzası kəsilən N.T-nin (20) bir evdə gizləndiyi müəyyən edilib.

Polis qrupları N.T-nin gizləndiyi evdə əməliyyat keçirib və qadını soyuducuda gizlənmiş halda tapıblar. 

Soyuducudan çıxan N.T. saxlanılaraq polis bölməsinə aparılıb.

Məryəm İlhamqızı