Oğuzda iki avtomobil toqquşdu - Ölən və xəsarət alan var

Oğuzda iki avtomobil toqquşdu - Ölən və xəsarət alan var Hadisə

Oğuzda minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var.

News24.az xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda, rayonun Padar kəndi ərazisində baş verib.

İlkin məlumata görə, "Mercedes" və "VAZ-2109" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Məmmədəliyev və 1984-cü il təvəllüdlü Aynur Salahova Oğuz xəstəxanasına yerləşdirliblər.

Ə. Məmmədəliyev xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./APA/