Oğuzda maşın aşdı - Ata və qızı xəsarət aldı - YENİLƏNDİ

Oğuzda maşın aşdı - Ata və qızı xəsarət aldı - YENİLƏNDİ Hadisə

Oğuzda avtomobil aşıb.

News24.az xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz yayonu ərazisində keçən hissəsində baş verib.

Rayonun Böyük Söyüdlü kənd sakini 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobili yol kənarına aşırıb. Nəticədə sürücü və onun sərnişini, 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç, onun qızı 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. // Unikal

09:45


Aprelin 7-si saat 03:30 radələrində Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (3 qadın, 2 kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Yaralılara döş qəfəsinin travması, başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 1983-cü il, 1992-ci il və 2011-ci təvəllüdlü şəxslər (hər üçü qadın) ambulator müalicə üçün evə buraxılıb.

1965-ci il və 1976-cı il təvəllüdlü şəxslər (hər ikisi kişi) daha ixtisaslı tibbi xidmət üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.