Şok əməliyyat: Yük maşınlarından 20 milyon rubl tapıldı

Şok əməliyyat: Yük maşınlarından 20 milyon rubl tapıldı Hadisə

Qırmızı Körpü buraxılış məntəqəsində Azərbaycandan Gürcüstana gedən yük maşınlarında gizlədilmiş külli miqdarda pul aşkarlanıb.

News24.az xəbər verir ki, gömrük yoxlanışından sonra sərhədçilər tərəfindən aparılan yoxlama zamanı nəqliyyat vasitələrində gizlədilmiş təxminən 20 milyon rus rublu aşkar edilərək götürülüb.

Bildirilib ki, pulların tapıldığı yük maşınlarının sürücüləri istintaqa cəlb olunub və faktla bağlı cinayət işi başlanıb. (Bizim.Media)