"Ordumuz Qırmızı Bazar istiqamətində atəş açmayıb" - MN

"Ordumuz Qırmızı Bazar istiqamətində atəş açmayıb" - MN Hadisə
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.

Nazirlikdən News24.az-a bildirilib:

"Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir".