Oryol vilayətində pilotsuz uçuş aparatı vurulub
Hadisə
Bu gün Oryol vilayətində hava hücumundan müdafiə sistemi işə düşüb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, Qubernator Andrey Klıçkovun sözlərinə görə, zenitçilər Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurublar. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.
Hazırda hadisə yerində təcili tibbi yardım briqadaları cəlb olunub.
Ağa Dadaşzadə